Oxot dənizində sahildən bir neçə yüz metr aralıda “Qırmızı Kitab”a düşən Qrenlandiya balinası balıqçı toruna ilişib. Tələyə düşmüş heyvanı oradan katerlə keçən turistlər görüblər. Onlar hadisə barədə heyvan hüquqları müdafiəçiləri və alimlərə məlumat veriblər, bundan sonra xilasedicilər təcili olaraq heyvanın axtarışına çıxıblar.
Axtarış qrupu balinanı iki gün sonra tapıb, çünki katerlərin səs-küyünə görə dəniz canlısı mütəmadi yerini dəyişib. Bu müddət ərzində o, kəndirlərin bir hissəsini qırmağı bacarsa da, özünü tam azad edə bilməyib.
Mütəxəssislər balinanın stressə düşdüyünü və getdikcə taqətini itirdiyini bildiriblər. Hazırda xilasedicilər ona yaxınlaşa bilmirlər, çünki bu, insanların həyatı üçün təhlükəlidir – balina gəmini aşıra bilər. Bununla belə, elm adamları qətiyyətlidirlər, çünki hətta bir Qrelandiya balinasının itirilməsi bu növün nəslinin kəsilməsini sürətləndirəcək – bütün Yer kürəsində cəmi 300 belə balina qalıb.
Mənbə: İzvestiya
www.RIA24.az