Ayın indiyə qədər mövcud olanlardan çox fərqli, heyrətamiz şəkli çəkildi – FOTO

Maraqlı

NASA “Artemis I” Ay missiyası ərəfəsində Yerin təbii peykinin inanılmaz detallı təsvirini təqdim edib.

Agentliyin məlumatına görə, fotolar amerikalı astrofotoqraflar Endryu Makkarti və planetoloq Konnor Metern tərəfindən hazırlanıb. Onlar doqquz ay ərzində təqribən 200 min şəkil çəkiblər və sadəcə bir təsvirdə birləşdirmək üçün onların kompilyasiyası üzərində işləyiblər.

Təsvirdə Yer peykinin səthinin ən detallı kraterləri və digər xüsusiyyətləri göstərilir.

“Bu, çox qeyri-adi bir iş idi. Biz bu obrazı yaratmaq üçün doqquz ay sərf etdik… Təsəvvür edin, bu şəkil minlərlə fotodan ibarət mozaikadır”, – deyə Makkarti hisslərini bölüşüb.

Xatırladaq ki, NASA bundan əvvəl Yupiterin indiyə qədər mövcud olan ən aydın şəkillərini yayımlamışdı. 

Mənbə: Daily Mail

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir