Kasıbçılıqdan qurtulmağın yolları açıqlandı – FOTO

Maraqlı

Maliyyədə nizam-intizamın əsasını onların hesabatının aparılması təşkil edir. Yalnız gəlirləri deyil, xərcləri də nəzərə almaq lazımdır.

Bu barədə Rusiyanın Keyfiyyət Sisteminin (“Roskaçestvo”) Maliyyə Savadlılığı Mərkəzinin mütəxəssisləri maddi vəziyyəti  yaxşılaşdırmağın yolları barədə tövsiyələrində bildiriblər.

Onların sözlərinə görə, aylıq xərcləri şərti olaraq bir neçə kateqoriyaya bölmək olar: məcburi ödənişlər, yemək, nəqliyyat, geyim və ayaqqabı, aptek və s.

Ekspertlər bildiriblər ki, maliyyə planları konkret məqsədlərə çatmağa imkan verir. Bunun üçün də onları bir ay, altı ay və bir il üçün tərtib etməyi məsləhət görülüb. 

Gözlənilməz hallardan qorunmaq üçün isə mütəxəssislər bir neçə aylıq əmək haqqından ehtiyat fondu yaratmağı tövsiyə edirlər.

Bundan əlavə, xərcləri bir az azaltmaq üçün kredit və borclardan qaçınmağın vacibliyi vurğulanıb:

“Heç bir krediti sərfəli adlandırmaq olmaz. “Əlverişli” şərtlər sadəcə bankların hiyləsidir, müştəriyə heç bir fayda gətirmir. Vəziyyət nəzarətdən çıxıbsa və sözün həqiqi mənasında borcunuz varsa, maliyyə nizamına gedən yolda ikinci addım borcdan qurtulmaq üçün bir plan hazırlamaq olmalıdır”, – deyə mütəxəssislər bildiriblər.

Ekspertlər xüsusi günlər təyin etməyi və bu günlərdə pul xərcləməməyi tövsiyə edir:

“Həyatınızda çoxlu xərclər olduqda (dəbdəbəli ayaqqabılar, müasir oyun konsolu və ya yaxınlıqdakı bir qəhvə mağazasından latte) – debet kartınızın fasiləyə ehtiyacı var. Xərcsiz bu günlər sizi sonradan peşman ola biləcəyiniz alışlardan uzaqlaşdıracaq. Əgər almaq istədiyiniz bir şey görsəniz, (xərcsiz gün təyin etdiyiniz üçün) növbəti günə qədər gözləməli olacaqsınız. Bu müddət ərzində isə siz “soyuyacaqsınız” və bu şeyə həqiqətən ehtiyacınızın olub-olmadığına qərar verəcəksiniz”, – deyə onlar bildiriblər.

Mütəxəssislər kiçik addımlrla başlamağı və ayda iki günü pulsuz gün təyin etməyi məsləhət görür.

“Bu üsul işləyirsə və “oruc” günlərinin sayını artırmaq istəyirsinizsə, onları həftədə bir günə qədər artırmaq olar”, – deyə onlar ekspertlər əlavə ediblər.

Bundan başqa insanın özünə sərmayə qomasının vacibliyi də vurğulanıb.

“Əgər siz onu istifadə edəcək qədər sağlam deyilsinizsə dünyadakı bütün pulların heç bir əhəmiyyəti yoxdur. Həm də özünüzü yaxşı hiss edəndə pulunuzun hara xərclənməsi ilə bağlı daha yaxşı qərarlar qəbul edəcəksiniz”, – deyə qurumun ekspertləri sözlərini yekunlaşdırıblar.

Mənbə: Moslenta

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir