11 yaşlı məktəbli IQ-də Stiven Hokinqi və Albert Eynşteyni geridə qoydu – FOTO

Maraqlı

İngiltərədən olan 11 yaşlı Kevin Suini IQ-da Stiven Hokinq və Albert Eynşteyni üstələyib.

Məlumata görə, məktəblinin nəticəsi 162 xal olub. Adıçəkilən alimlərdə IQ səviyyəsi 160 xaldır. 

Uşağın atası övladı ilə fəxr etdiyini və onu dünyanın ən ağıllı uşağı hesab etdiyini bildirib. Ata, bu nailiyyətinin Kevinin özünə hörmətini yüksəldəcəyinə və daha qətiyyətli edəcəyinə ümidini ifadə edib.

O da bildirilir ki, məktəblinin yüksək performansı valideynləri üçün sürpriz olmayıb: Suini altı yaşında olanda artıq Mendeleyevin dövri cədvəlini əzbər bilib.

“Kevinin həyatda öz problemləri var. Biz ona tam potensialına çatmaqda kömək etmək və həyatda bütün imkanları təmin etmək istəyirik”, – deyə uşağın anası bildirib.

Mənbə: LADBible

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir