Soyuqların düşməsi ilə bir çoxları evlərini qaz plitələri, ya da qaz sobaları ilə qızdırmağa başlayıblar. Rusiyalı təhlükəsizlik eksperti Sergey Pobedonostsev bunun mümkün fəsadları, o cümlədən “səssiz ölüm” riski barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, sözügedən əşyalar yalnız birbaşa vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulub.
“Otağı qazla qızdırdığınız zaman oksigeni yandırırsınız, əvəzinə dəm qazı əmələ gəlir. Beləliklə zəhərlənmək mümkündür”, – deyə Pobedonostsev xəbərdarlıq edib.
Mütəxəssis mənzildə zəif ventilyasiya olarsa, bu cür isitmə üsullarını tətbiq etməyin xüsusilə təhlükəli olduğunu bildirib.
O, açıq ocağın başqa risklərinin də olduğunu bildirib.
“Əgər işləyən qaz sobasına bir şey düşsə, bu obyekt dərhal alovlanacaq. Bundan əlavə, başa düşdüyünüz kimi, yanğın yayıla bilər. Mənzildə açıq alov çox pis fikirdir”, – deyə mütəxəssis izah edib.
Pobedonostsev soyuğun otağa nüfuz etməməsi üçün təhlükəsiz bir yol olaraq pəncərələri izolyasiya etməyi məsləhət görüb.
“Hətta köhnə dədə-baba üsullarından istifadə edə bilərsiniz, yəni bütün dəlikləri pambıqla, yunla bağlayıb kağızla yapışdırın. Ya da mağazada satılan xüsusi materialların köməyi ilə müasir izolyasiya üsullarından istifadə etmək olar”, – deyə təhlükəsizlik eksperti sözlərini yekunlaşdırıb.
Mənbə: Lenta.ru
www.RIA24.az