Çin peyk resurslarının inkişafı proqramı çərçivəsində yaxın 10 il ərzində Aya üç pilotsuz uçuş həyata keçirməyi planlaşdırır.
Bu barədə ÇXR Ay Tədqiqatları və Kosmik Proqramlar Mərkəzindən bildirilib.
Qərar Çinin “Change-5” missiyası zamanı Ay qruntunda əvvəllər məlum olmayan mineral aşkar etməsi ilə bağlı məlumatın yayımasından bir gün sonra açıqlanıb.
Pekin “Changesite-(Y)” adlanan bu daşdan enerji mənbəyi kimi istifadəyə ümid edir.
“Bu, insanlar tərəfindən Ayda kəşf edilən altıncı yeni mineraldır. Ölkəmiz dünyada yeni mineral kəşf edən üçüncü ölkə oldu”, – deyə Çinin Milli Kosmik İdarəsindən bildirilib.
Mənbə: Forbes
www.RIA24.az