Rusiyalı tanınmış model və aparıcı Viktoriya Bonya Himalay dağlarında Manaslu zirvəsinə dırmanışdan sonra xəstəxanaya yerləşdirilib.
Bu barədə bloqer özünün “Instagram” hesabında məlumat verib.
“Ağciyərlərin rentgeni üçün Katmanduya yollandım. Kəskin öskürəyə görə məni müayinə üçün xəstəxanaya göndərdilər…”, – deyə bildirən model Nepalın paytaxtındakı xəstəxanadan şəkil paylaşıb.
Bonya 8000 metrdən yüksəyə qalxmağın ölümcül risk olduğu barədə xəbərdarlıq edildiyini vurğulayıb. Lakin o tövsiyələrə məhəl qoymayıb. Bonyanın birlikdə hərəkət etdiyi qrupda ekspedisiya üzvlərindən bəziləri səhhətində yaranan ciddi problemlər səbəbindən səfəri yarımçıq qoyub.
www.RIA24.az