Sosial şəbəkələrdə Rusiyada qismən səfərbərliyə çağırılanlara verilən silahların görüntüləri paylaşılıb. Kadrlarda avtomatların pas tutduğu və istifadəyə tamamilə yararsız olduğu görünür.
Oxu.Az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
“Bel-kürək daha əlverişli olardı”, “Bu, dünyada ikinci yox, artıq birinci ordudur”, “Bəs velosiped verəcəklər?”, “Bu, birinci səfərbərlikdə veriləndirsə, üçüncünü təsəvvür etməyə qorxuram”, “Bayraktar”lar ehmalca gülümsədi”, “Növbəti səfərbərlikdə sapand olacaq” və s. bu kimi şərhlər yazan istifadəçilər vəziyyətin tragikomik olduğunu vurğulayıblar.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
www.RIA24.az