Xocavənd rayonunun Edilli kəndində bir neçə gün əvvəl Birinci Qarabağ müharibəsi zamanı ermənilərin işgəncələrə məruz qoyduğu Azərbaycan hərbçilərinə məxsus kütləvi məzarlıq aşkarlandı.
Oxu.Az xəbər verir ki, Xocavəndin Edilli kəndi 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 28 il Ermənistan bu kəndi azərbaycanlı girovları saxlamaq üçün həbs düşərgəsi kimi istifadə edib.
Kəndi 2020-ci il oktyabrın 15-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından azad edib.
Photostock.az ərazidən çəkiliş alıb:
Daha çox foto burada: Photostock.az
www.RIA24.az