Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə “PMN-Э!, 89 ədəd piyada əleyhinə “PMN-2” və 1 ədəd “OZM-72E” tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
www.RIA24.az