Britaniya səfiri ermənilərin Gəncə törətdiyi terror aktı ilə bağlı paylaşım edib – FOTO

Müharibə

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “Twitter” hesabında Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Dünən Cənab Prezidentə dediyim kimi, iki il evvəl Gəncə şəhərinə dəhşətli raket hücumları zamanı həlak olanların hamısının ailələrinə başsağlığı vermək istərdim. Yanvar ayında öz gözlərimlə məhvi gördüm”.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir