“Edillidə baş vermiş bütün bu cinayətlərin araşdırılıb məhkəməyə verilməsi vacibdir. Beynəlxalq ictimaiyyətin həqiqəti bilməsi və Qarabağda baş verənlərə obyektiv baxışın olması vacibdir”.
“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Estoniyadan olan yazıçı və pedaqoq Kersti Kiviryut deyib.
Onun sözlərinə görə, dünyaya dəqiq faktlar təqdim etmək lazımdır:
“Təbliğata qarşı ən yaxşı mübarizə faktlardır. Edillidə baş verənlərin hamısı həqiqətdir və onu dünyaya çatdırmaq lazımdır”.
Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.
www.RIA24.az