Ermənilər Azərbaycan torpaqlarını 30 il işğal altında saxladıqları müddətdə yaşayış məntəqələrinə, tarixi abidələrlə yanaşı, qəbiristanlıqlara qarşı da vandalizm aktları törədiblər.
Oxu.Az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə ermənilərin Basarkeçərdə azərbaycanlıların qəbirlərini dağıtmasının görüntüləri yayılıb.
Kadrlarda bədnam qonşularımızın azərbaycanlılara məxsus məzar daşlarını yük avtomobilinin köməyilə dağıtmaları əks olunub.
İndi təqdim edəcəyimiz fotofaktlar isə işğal dövründə ermənilərin Ağdam, Cəbrayıl və Füzulidə yerləşən qəbiristanlıqlardakı azərbaycanlıların qəbirlərinə qarşı törətdikləri vandallıqlar aşkar görünür.
Fotolar Vətən müharibəsindən dərhal sonra lentə alınıb.
Həmin fotoları təqdim edirik:
Samir İsayev
www.RIA24.az