“Mən Gürcüstandan gəlmişəm. Gəncədə çəkilişlər edəcəyəm. Burada çox sayda insan həlak olub”.
APA xəbər verir ki, bunu Gəncədə səfərdə olan gürcü jurnalist Vaxtanq Qoqraçadze jurnalistlərə açıqlamasında deyib.
O, Ermənistanın Gəncə şəhərini raket atəşinə tutmasını pisləyib.
Jurnalist Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin olmasını diqqətə çatdırıb.
Gürcü jurnalist ölkəsinin də Azərbaycan kimi müharibədən əziyyət çəkdiyini vurğulayıb.
“Müharibənin nə olduğunu mən çox gözəl bilirəm. Siz Qarabağı qaytardığınız üçün çox xoşbəxt insanlarsınız. Ümid edirəm ki, Gürcüstan da nə vaxtsa öz torpaqlarını – Abxaziyanı, Cənubi Osetiyanı qaytaracaq”, – o əlavə edib.
www.RIA24.az