“Təəssüratlarım çox qarışıqdır, çünki istənilən müharibə pisdir, insanlar həlak olurlar. İstənilən müharibə kədərdir. Uzun illər ərzində bu kədər unudulmayacaq”.
APA xəbər verir ki, bunu Gəncədə səfərdə olan Moldovanın “Prime” telekanalının əməkdaşı Yelena Derjanskaya jurnalistlərə bildirib.
“Mən istənilən təxribatı, istənilən hərbi əməliyyatları qınayıram. Hər şeydən öncə dinc əhalinin öldürülməsini qınayıram. Biz bu gün burada, Gəncədə həlak olan uşaqların, qadınların şəkillərini gördük. Bu, qorxuncdur və mən düşünürəm ki, hərbi cinayətlər barədə istintaq araşdırması aparılmalıdır.
Eyni zamanda, mən çox ümid edirəm ki, bütün ölkələrdə sülh olacaq və müharibələrə ancaq tarix dərsliklərində rast gələcəyik”, – moldovalı jurnalist qeyd edib.
www.RIA24.az