Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Cəbrayıldan paylaşım edib.
O, şəhərin xarabalığını əks etdirən görüntülərini yayımlayaraq bir çoxlarının bu narahatedici mənzərəni vulkan püskürməsi nəticəsində dağılmış qədim Pompeylə qarışdıra biləcəyini deyib, ancaq bunun belə olmadığını vurğulayıb.
“Pompeydən fərqli olaraq, bu video 30 illik işğal zamanı Cəbrayıl şəhərində Ermənistanın (hansı ki, “qədim sivil ölkə” adlandırılır) qəsdən törətdiyi vandalizmi əks etdirir”, – deyə o bildirib.
One may confuse this desturbing view w/ruins of ancient Pompei destroyed by volcanic eruption. No its even worse. Unlike Pompei this video reflects deliberate human #vandalism/urbicide in #Jabrayil city by Armenia (“so-called old civilized country”) during 30 years of occupation. pic.twitter.com/TdMxbJ3lDi
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 20, 2022
www.RIA24.az