MN: Azərbaycan Ordusu qarşı tərəfin mövqelərinə atəş açmayıb

Müharibə

Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirlik məlumatı qəti surətdə təkzib edib.

www.RIA24.az