Keçmiş Laçın dəhlizini tərk edən Rusiya sülhməramlıların postlarından görüntülər yayılıb.
Görüntülər İTV-də yayımlanıb.
Qeyd edək ki, 2022-ci ilin avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdiyini açıqlamışdı.
Bildirək ki, bu, keçmiş Laçın dəhlizinə çəkilmiş alternativ yolun istifadəyə verilməsinin nəticəsi idi.
Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna alternativ marşrut çəkildikdən sonra, Rusiyanın müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxıb. Bu, 10 Noyabr Bəyanatının 6-cı bəndinə əsasən baş tutub.
Bundan sonra sülhməramlıların Laçın yolunun Laçın şəhərinə giriş istiqamətində də postları yığışdırılıb.
www.RIA24.az