Laçında tikinti işləri aparan şəxslər minaya düşüb, bir nəfər ölüb

Müharibə

Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.

APA xəbər verir ki, Suarası kəndi ərazisində təmir tikinti işləri aparan zaman minaya düşən şəxslərdən biri – Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.

Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir