Tərtərdə bir nəfər minaya düşdü

Müharibə

Tərtərdə bir nəfər minaya düşüb.

Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində bir nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

www.RIA24.az

Spread the love