“Gəmilərin və digər platformaların komanda idarəetmə sistemləri, döyüş idarəetmə sistemləri baxımından dünyada nadir şirkətlər arasında olan HAVELSAN-la bağlı Azərbaycan, Ukrayna, Pakistan və Qətərlə müqavilələr imzalamışıq”.
Bunu Türkiyənin HAVELSAN şirkətinin İdarə Heyətinin sədri Hacı Əli Mantar həyata keçirilən layihələrlə bağlı danışarkən bildirib.
O, HAVELSAN-ın sürücüsüz zirehli maşınlar mövzusunda bacarıqlarını “Barkan”la sübut etdiyini qeyd edib.
H.Ə.Mantarın sözlərinə görə, sürücüsüz maşınlar 5-6 ay əvvəl meydana çıxmağına baxmayaraq, Türkiyə Silahlı Qüvvələrində istifadə olunur və artıq xaricə satış üçün danışıqlar aparılır.
O, “Barkan”a namizəd ölkələr arasında Azərbaycanın olduğunu vurğulayıb.
Mənbə: “Anadolu” Agentliyi
www.RIA24.az