Kreml Paşinyanın Rusiya sülhməramlılarının mandatını uzatmaq məsələsinə cavab verdi

Müharibə

Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasının mümkünlüyü məsələsi Soçidəki görüşdən sonra baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində müzakirə oluna bilər.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Qeyd edək ki, oktyabrın 29-da Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı sülhməramlılarının Qarabağda qalma müddətini uzatmağa hazır olduğunu bəyan edib. O vurğulayıb ki, mandatın uzadılması ilə bağlı sənəd 10, 15 və ya 20 il müddətinə imzalana bilər. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüslə şəxsən çıxış edəcəyinə ümidini bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Həmçinin Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrıca söhbətləri də nəzərdə tutulur.

Mənbə: news.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir