Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı – FOTO

Müharibə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 1-dən 31-dək olan dövrdə Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 373 piyada əleyhinə mina, 461 tank əleyhinə mina və 2 301 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 3 246,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir