Elnur Məmmədov: “Beynəlxalq Məhkəmə Azərbaycanın mövqeyini dəstəkləyərək Ermənistanın vəsatətini rədd etdi”

Müharibə

“Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın mövqeyini dəstəkləyərək Ermənistanın vəsatətini rədd etdi”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanması ilə bağlı iddialar irəli sürmüşdü:

“Bununla bağlı sübutlarımızı və dəlillərimizi məhkəməyə təqdim etdik. Eyni zamanda, Ermənistan Azərbaycana qarşı digər cəfəng iddialar irəli sürmüşdü. Onlar, əsasən, Azərbaycan ərazisində təxribatçı fəaliyyətə görə məsuliyyətə cəlb olunmuş, onların “hərbi əsirlər” adlandırdıqları şəxslərin azadlığa buraxılması ilə bağlı idi. Ermənistan bu istiqamətdə kampaniyalar da aparıb.

Biz düşünürdük ki, məsələyə ən düzgün qiymət verəcək qurum Beynəlxalq Ədalət Məhkəməsidir. Azərbaycan bununla bağlı da dəlilləri məhkəməyə təqdim etdi. Beynəlxalq Məhkəmə Azərbaycanın mövqeyini dəstəklədi. Nəticə etibarilə Azərbaycana siyasi məqsədlər baxımından çağırışlar edən təşkilatlara ən yaxşı cavabımızı verdik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir