Aşkar edilmiş minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.
Qeyd edək ki, Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də aşkar edilib.
www.RIA24.az