“Stratfor”: “Azərbaycan-Ermənistan sərhədində eskalasiya riski var”

Müharibə

“Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. Bakı ilə İrəvan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət gərginləşə bilər”.

Bu barədə ABŞ-nin xüsusi kəşfiyyat-analitik şirkəti “Stratfor”un ekspertləri bildiriblər.

Onların qiymətləndirməsinə görə, yeni eskalasiya dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin olması ehtimalını azaldacaq.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi noyabr ayı ərzində dəfələrlə öz mövqelərinin sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən, habelə Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni qanunsuz silahlı birləşmələri tərəfindən atəşə tutulduğu barədə məlumatlar yayıb.

“Stratfor” ABŞ-nin özəl kəşfiyyat və analitik şirkətidir, bəzən “Mərkəzi Kəfiyyat İdarəsinin kölgəsi” adlandırılır. Şirkət dünyada baş verən hadisələr haqqında məlumat toplayır və təhlil edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir