Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimindən yeni foto və məlumatlar dərc edilib.
Məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.
“Soyuq və qarlı havada keçirilən “Qardaş yumruq” Azərbaycan – Türkiyə birgə təliminin növbəti günündə Türkiyə və Azərbaycan ordusunun qəhrəmanları tərəfindən hədəflər dəqiqliklə vurulub” – məlumatda qeyd olunur.
Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də İranla sərhəd rayonlarının ərazilərini əhatə edir.
Soğuk ve karlı havada gerçekleştirilen “Kardeş Yumruğu” Azerbaycan-Türkiye Birleşik Müşterek Tatbikatı’nın Seçkin Gözlemci Günü’nde hedefler, Türkiye ve Azerbaycan ordusunun kahramanları tarafından tam isabetle vuruldu.https://t.co/K01PeDTOAJ#MSB #HulusiAkar pic.twitter.com/X6TJQZ3eA8
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 6, 2022
“Kardeş Yumruğu” Tatbikatı’nın Seçkin Gözlemci Günü faaliyetlerine katılan Millî Savunma Bakanı Hulusi Akar ve Azerbaycan Savunma Bakanı Org. Zakir Hasanov ile iki ordunun Komuta Kademesi, hedeflere yapılan atışları yakından takip etti.https://t.co/K01PeDTOAJ#MSB #HulusiAkar pic.twitter.com/Ebp1AoV9rS
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 6, 2022
www.RIA24.az