Separatçıların növbəti sərsəm “plan”ı: “Sülhməramlıların ailələri Qarabağa gətirilsin”

Müharibə

Qarabağdakı erməni separatçıların qalıqları növbəti sərsəm təşəbbüslə çıxış ediblər.  

Onlar Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentindən öz ailələrini Qarabağa, xidmət etdikləri ərazilərə gətirməyi xahiş ediblər.

Mənbə iddia edir ki, bununla əlaqədar separatçılar Rusiya Federasiyasının yuxarı instansiyalarına müraciət edib və rusiyalı hərbçilərin ailə üzvlərinin Qarabağa yerləşdirilməsinə dair təminat da alıblar. 

Separatçılar hesab edirlər ki, 1 500 sülhməramlı ailəsinin Qarabağa yerləşdirilməsi onlara Azərbaycan ərazilərində öz mövcudluqlarını qorumaq üçün hansısa əsas yaradacaq.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə ən yüksək rəsmilərinin dilindən bəyan edib ki, Qarabağda hər hansı qanunsuz məskunlaşdırılma, köçürülmə, yerləşdirilmə aparıla bilməz. Orada yaşayan mülki şəxslər Azərbaycan vətəndaşlarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycanın bütün digər vətəndaşlarının malik olduqları hüquq və təminatlara malikdirlər.

Mənbə: Hraparak

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir