Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nəsil “Fırtına” haubitsalarının təqdimat mərasimində Qarabağ Zəfərində istifadə edilən Türkiyə istehsalı olan PUA-lardan bəhs edib.
O qeyd edib ki, Türkiyə PUA-larının Qarabağ Zəfərinin əldə olunmasındakı rolu və hazırda Liviyada həyata keçirdiyi missiya müharibə üslublarını dəyişir:
“PUA-ların istehsalında dünyada ilk 3-4 ölkə arasındayıq. Türkiyə PUA-ları Qarabağda əldə edilən Zəfərdən tutmuş Liviyaya, terrorla mübarizədən nöqtə əməliyyatlarına qədər geniş ərazidə əldə etdikləri uğurlarla dünyada döyüş üslublarını dəyişirlər. Bu gün silahlı və hücum xarakterli PUA-larımız “Fırtına” haubitsalarımızla birlikdə xüsusilə sərhədlərimizin xaricindən ölkəmizi hədəf alan terror təşkilatlarının kabusuna çevrilib. Suriyada aparılan əməliyyatlarımız zamanı bu iki imkanımızın nə qədər vacib və kritik olduğunun şəxsən şahidi olduq. Yeni nəsil “Fırtına” haubitsalarımızın inventarlara daxil olması ilə gücümüzü daha da artıracağıq. Şad xəbərlərlə dolu bir il olacaq”.
Ərdoğan qeyd edib ki, 20 il əvvəl 248 milyon dollar olan müdafiə sahəsindəki ixrac 2022-ci ildə 4 milyard 400 milyon dollar təşkil edərək rekord həddə çatıb.
Mənbə: Bursa.com
www.RIA24.az