Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 milyon manat ayrılıb

Müharibə

Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib.

“APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi “Real-İnşaat” MMC seçilib.

Qalib şirkətlə tikinti və bərpa işlərinin həyata keçirilməsi üçün 1 milyon 499 min 898 manat həcmində müqavilə bağlanılıb. Şirkət müqavilə üzrə bu il iyun ayının sonuna kimi işləri yekunlaşdırmalıdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir