“Report” xəbər verir ki, ukraynalı jurnalistin reportajında bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşürlər.
“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, – ukraynalı jurnalist vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər:
“Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.
Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.
www.RIA24.az