İşğal dövründə ermənilərin xarabalığa çevirdikləri Füzulinin Çimən kəndi – FOTO

Müharibə

Füzuli rayonunun Çimən kəndi Cuvarlı inzibati ərazi vahidində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də kəndi işğaldan azad edib.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çimən kəndinin görüntülərini təqdim edir:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir