Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ bölgəsində yaşayan erməni sakinlərə müraciət edib.
O, bu barədə “Twitter” hesabında yazıb:
“İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın”.
It’s time to set aside your illusions and come together in Baku to talk about our shared future. 🇷🇺Peacekeepers are doing their part to ensure stability, but it’s up to us, as 🇦🇿and 🇦🇲, to build a lasting peace. Don’t miss out on this chance! #reconciliation #peace
— Samad Seyidov (@SeyidSamad) March 14, 2023
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinləri növbəti görüş üçün Bakıya dəvət edib.
Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
www.RIA24.az