Kütləvi məzarlıqlarda aparılan işlər nə yerdədir? – VİDEO

Müharibə


“Birinci Qarabağ müharibəsi zamanı 1988-1994-cü ildə itkin və əsir düşmüş şəxslərin axtarışları davam etdirilir”.

Bu sözləri Baku TV-yə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov deyib.

O bildirib ki, müxtəlif ərazilərdə alimlərimiz işlərini davam etdirir:

“Edillidə, Xocavənd rayonunun ərazisində, Füzuli rayonunun Seyidəhmədli kəndində və daha bir neçə yerdə kütləvi məzarlıqlara rast gəlinib. Həmin kütləvi məzarlıqların araşdırılmasında bizim antropoloq və fiziki antropologiya ilə məşğul olan alimlərimiz xüsusi işlər aparırlar. Təbii ki, həmin şəxslərin kimlikləri hələ tam müəyyənləşməyib. Demək olar ki, həmin vaxt itkin düşmüş şəxslərin sayı 4 min nəfərə yaxındır. Biz bu şəxslərin yalnız bir hissəsinin kimliyini müəyyən etmişik”.

A.Seyidov həmçinin qeyd edib ki, Füzuli rayonunun ərazisində yerləşən Yedditəpə abidəsində, Ağdam şəhərində yerləşən Üzərliktəpə abidəsində də genişmiqyaslı arxeoloji qazıntılar aparılıb:

“Hazırda Şuşa şəhərində bir çox yerlərdə işlərimiz davam edir. Əsas məqsədimiz Qarabağın tarixən əzəli torpağımızın olmasını arxeoloji qazıntılarla təsdiqləməkdir”. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir