Bu gün Azərbaycan Ordusunun Aprel qələbələrindən 7 il ötür.
Xezerxeber.az-ın məlumatına görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.
Həmin döyüşlərdə iştirak edən hərbi dəniz qüvvələri xüsusi təyinatlı qurupunun mənsubu Namiq Nuruyev qeyd ebib ki, onlar əsasən gecə saatlarında tapşırıqları yerinə yetiriblər.
Azərbaycan ordusunun bütün qoşun növləri bu fürsəti çoxdan gözləyirdi. Ordu tapşırıqları uğurla yerinə yetirir və mövqelərdə möhkəmlənirdi
Elə ilk hücumda çaşqınlıq yaşayan düşmən tərəfi əks hücum planları qururdu. Lakin onların bu planını hərbi hava qüvvələrinin pilotları ürəyindəcə qoyur. Düşmənin hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilir. Pilotlara helikopterlər ilə quru qoşunlarına havadan atəş dəstəyi vermək, düşmənin irəliləməkdə olan canlı qüvvəsini və zirehli texnikasını məhv etmək tapşırığı verilir.
Hərbi ekspert Azər Bayramov bildirib ki, aprel döyüşlərinin azərbaycan ordusunun hərb tarixində əhəmiyyəti böyükdür. Bu döyüşlər ordunu həm də ikinci qarabağ müharibəsində qələbəyə aparan yol oldu.
Qeyd edək ki, aprel döyüşlərində bir sıra strateji yüksəkliklər, o cümlədən Lələtəpə azərbaycan ordusunun nəzarətinə keçdi. Lələtəpə yüksəkliyinin ələ keçirilməsi ilə həmin ərazidəki yaşayış məntəqələrimiz atəş altından xilas edildi. Həmçinin güclü ermənistan ordusu haqqında yaranan mif də bu döyüşlərdə dağılmış oldu.
Daha ətraflı süjetdə:
www.RIA24.az