Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ay ərzində görülən işlərlə bağlı məlumat yayıb.
ANAMA-dan verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1 465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 5983,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
www.RIA24.az