Ermənistanda növbəti dəfə sadəlövh Qərb tamaşaçısı üçün nəzərdə tutulmuş ucuz tamaşa nümayiş etdirilir.
Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində deyilir.
Bildirilir ki, ssenariyə görə, azərbaycanlılar bu aksiyada yenə də “qaniçən məxluqlar” kimi təqdim olunurlar. Guya azərbaycanlılar ermənilərin Qarabağa daxil olmasına qadağa qoyublar. Erməni mediasını və sosial şəbəkələri gəzmək kifayətdir ki, qarşı tərəfin tələsik uydurulmuş bu teatr tamaşasını təbliğ etmək üçün güc və vəsaitini əsirgəmədiyinə əmin olasan.
Reallıq, təbii ki, yaramaz erməni ssenaristlərinin sadəlövh tamaşaçılara təqdim etmək istədiklərindən uzaqdır.
Daha ətraflı “Caliber”in yeni videomaterialında:
www.RIA24.az