Şərti sərhəddə toqquşma: Şəhidlərin qisası alınacaq – ŞƏRH

Müharibə


Azərbaycan-Ermənistan şərti sərhədinin Laçın rayonu istiqamətində hərbi toqquşma qeydə alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir:

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıblar.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Gozalyanın olduğu vurğulanıb. Hazırda onun əməliyyat olunduğu bildirilir. Bu faktın özü – yəni korpus komandirinin göstərilən ərazidə olması – təxribatın əvvəlcədən planlaşdırıldığının bariz göstəricisidir.

Ermənistanın 10 Noyabr Bəyanatından sonra yürütdüyü qeyri-müəyyən siyasət gah aqressiv ritorika, gah da “sülhpərvər” addımları fonunda diqqət çəkirdi.

Ermənistan 10 Noyabr Bəyanatı ilə bağlı üzərinə düşən öhdəlikləri və bunun davamı kimi sərhədlərin delimitasiyasına dair şərtlərini yerinə yetirməkdən boyun qaçırırdı.

Ermənistanın siyasəti, baş nazir Nikol Paşinyanın ikibaşlı açıqlamaları hərbi toqquşmaların qaçılmaz olduğunu göstərirdi.

Ermənistan son zamanlarda Avropa İttifaqı missiyasına arxalanaraq ritorikasını revanşist meyillərə kökləyirdi. Paşinyan hesab edirdi ki, Monitorinq Xidmətinə arxalanaraq cəsarətlənə və yenidən revanş götürə bilər.

Ancaq Azərbaycan mart ayı ərzində həm Qarabağda, həm də sərhədin Laçın istiqamətində bir sıra hakim yüksəkliklərə nəzarəti bərpa etdi.

Təbii ki, Ermənistan bunu həzm etməkdən qaçır və düşünür ki, əks-həmlələrlə yüksəkliklərə nəzarəti ələ keçirə bilər.

Ancaq Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan itki verərək geri çəkilib.

Azərbaycan MN-in son dəqiqəyə olan məlumatına görə, şərti sərhəddə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir