Kəlbəcər rayonunun Vəng kəndi – FOTO

Müharibə


Kəlbəcər rayonunun Vəng kəndi Bağlıpəyə kənd inzibati ərazi dairəsində, Tərtər çayının sahilində yerləşir. Xudavəng monastır kompleksi bu kəndin yaxınlığındadır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Vəng kəndi Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir