ANAMA rəhbəri: “Azərbaycanda 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina aşkarlanıb”

Müharibə


“Azərbaycanda Vətən müharibəsi başa çatdıqdan sonra 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ANAMA tərəfindən aparılan minatəmizləmə işlərindən danışan V.Süleymanov Azərbaycanın minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə müharibədən sonrakı dövrdə Azərbaycanda 298 nəfər minaya düşüb, onlardan 53 nəfəri ölüb, 245 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Ümumilikdə, 1991-ci ildən indiyədək Azərbaycanda mina partlayışları nəticəsində 358 uşaq və 38 qadın daxil olmaqla, 3377 nəfər ölüb və ya yaralanıb”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir