Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində üç nəfər həlak olub.
APA-nın məlumatına görə, bu gün media nümayəndələri mina partlayan ərazidə müşahidə aparıblar.
Məlumat verilib ki, partlayış nəticəsində mina axtarışlarına cəlb olunan podratçı şirkətin əməkdaşları həlak olublar. Onlar ərazinin minalardan çirklənmə dərəcəsini dronlarla aşkar etmə işi ilə məşğul olublar.
Qeyd edək ki hadisə ötən gün saat 17:00 radələrində baş verib. Nəticədə üç nəfər həlak olub. Partlayış nəticəsində zərərçəkmiş şəxslərin “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.
www.RIA24.az