“Caliber”: “Ötən gün “Laçın” sərhəd-keçid məntəqəsindən 11 nəfər istifadə edib”

Müharibə


Dünən Laçın yolunun girişində quraşdırılan yeni sərhəd keçid məntəqəsindən 11 nəfər istifadə edib.

Bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, avtomobillə səkkiz nəfər Xankəndi-Gorus istiqamətində hərəkət edib, üç nəfər isə ölkəmizin ərazisinə daxil olaraq, Xankəndi istiqamətinə gedib.

O da vurğulanıb ki, erməni təbliğat-təşviqatının ümidsiz və gülünc cəhdlərinə baxmayaraq, heç bir neqativ hal qeydə alınmayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir