Mövlud Çavuşoğlu: “Ermənistanın qeyri-səmimi addımlarına görə vaxtaşırı gərginlik artır” – VİDEO

Müharibə


İrəvanın səmimiyyətsizliyi regionda vaxtaşırı gərginlik yaradır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Azərbaycan öz torpaqlarını alıb, amma Qafqazda kövrəklik qalır. Ermənistanın qeyri-səmimi addımları səbəbindən zaman-zaman gərginlik artır”, – deyə XİN rəhbəri bildirib.

O, çıxışı zamanı Rusiya-Ukrayna müharibəsindən sonra şərq-qərb, Xəzər keçidi və Orta Dəhliz layihələrinə toxunub, enerji təhlükəsizliyi baxımından bunların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Hazırda biz Şərqi Avropaya qaz tədarük etməyə başlamışıq. Azərbaycandan gələn TANAP boru kəmərinin ötürmə qabiliyyətini 16 milyarddan 32 milyard kubmetrə çatdıracağıq, bu da haradasa 5-6 il çəkəcək”, – deyə Çavuşoğlu izah edib.

O, Orta Dəhliz layihəsini ticarət kimi yaxşı istifadə edilməli olduğunu da bildirib.

“Biz bunu Mərkəzi Asiya ölkələri və Azərbaycanla çox yaxşı qiymətləndiririk”, – deyə o qeyd edib.

Mənbə: Son Dakika

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir