Cəbrayıl rayonunun Alıkeyxalı kəndi dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi yerlə bir edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Alıkeyxalı kəndinin görüntülərini təqdim edir.
www.RIA24.az