Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
Nazirlikdən daha bildirilib ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
www.RIA24.az