MN: Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edib

Müharibə


Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.
Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

www.RIA24.az

Spread the love