Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi Əbdürrəhmanlı inzibati ərazi dairəsində, düzənlikdə yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi yerlə bir edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yuxarı Əbdürrəhmanlı kəndinin görüntülərini təqdim edir.
www.RIA24.az