MN: “Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır”

Müharibə


“Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, gündüz saatlarından həmin ərazidə qatı duman var:

“Bu cür məhdud görmə vəziyyətində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir