Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari ilin may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30 420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 206 ədəd piyada əleyhinə, 2 580 ədəd tank əleyhinə mina və 10 446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Bundan başqa, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin may ayı ərzində ümumilikdə 830 km yol qar örtüyündən təmizlənib.
Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.
www.RIA24.az