Mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli sammitinin keçirilməsi planlaşdırılır.
“Kommersant”ın məlumatına görə, liderlərinin görüşündə azı iki sənədin qəbulu gözlənilir.
Bildirilir ki, mayın birinci yarısında xarici işlər nazirləri, daha sonra Azərbaycan və Ermənistan liderləri əvvəlcə Vaşinqtonda, sonra Brüsseldə danışıqlar apardıqdan sonra bu prosesə qoşulmaq növbəsi Moskvaya çatıb.
“Mayın 23-də Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun rəhbərlik etdiyi üçtərəfli işçi qrupu Rusiya paytaxtına toplaşıblar”, – deyə məqalədə vurğulanıb.
www.RIA24.az